Günün qoroskopu: baş verənləri soyuqqanlı şəkildə təhlil edin


Digərləri 07 İyl 2018 00:01:00 450 0

Günün qoroskopu: baş verənləri soyuqqanlı şəkildə təhlil edin

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir.

Son.az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir 

Qoç - Yeni layihəyə və ya genişmiqyaslı işə başlamaq üçün uğurlu gün deyil. Hisslərinizə hakim olun, emosiyalara qapılmayın. Maliyyə, əmlakla bağlı məsələlər barədə qərarı kimsə ilə məsləhətəşmədən verin.  Günün ikinci yarısında deyilən hər sözə inanmayın. Axşam saatlarına yaxın impulsivlik arta bilər. Yaxınlarınızla mübahisə etməyin. Səbrli olun.

Buğa - Hadisələrlə zəngin gündür. Aktiv olun. Yaradıcılıq ideyalarınız az olmamalıdır. Problemlərin həll prosesində rutinlik nümayiş etdirməyin. Yeni layihələrə başlaya bilərsiniz. Enerjiniz çoxdur. Yetərincə iş görə bilərsiniz. Günün ikinci yarısını dəyər verdiyiniz insanla keçirin. Etibar ediləsi tərəfdaş və ya şəriklə müzakirələr apararaq yeni planlar qurun. Ətrafınızdakı insanları mövqelərinizə inanmağa vadar etməyə çalışsanız, qarşılıqlı anlaşmaya nail olmayacaqsınız. Axşam saatları yeni tanışlıqlar üçün pis deyil.

Əkizlər - Sözlərinizə və əməllərinizə diqqət yetirin. Məsləhətli donun gen olduğunu unutmayın. Kiminsə barəsində dediyiniz ehtiyatsız kəlmələr münasibətlərin gərgin şəkildə aydınlaşdırılmasına səbəb ola bilər. Yeni problemlər yaratmayın. Günün ikinci yarısında cərimə, əlaqələrin kəsilməsi, qəfil gecikmələr və təxirəsalmalar istisna deyil. Biliklərin yetərincə olmamasını təcrübəsizlik kimi qələmə verməyin. Şəxsi münasibətlərdə düşünülməmiş qərar verməyin. Axşam saatlarında stressdən qurtulun.

Xərçəng - Yaradıcılıq, fəaliyyətin yeni yollarının aranması, informasiyanın araşdırılması, təkmilləşmə üçün yaxşı zamandır. Problemlərin həllində emosional olsanız, praktiki məsələlərin öhdəsindən gələ bilməyəcəksiniz. Səhhətinizə fikir verin. Günün ikinci yarısında sevdiyiniz insanın tələblərini nəzərə alın. Amma ifrat dərəcədə hisslərə qapılmayın. İnadkarlıq etməyin, qarşı tərəfi anlamağa can atın. Axşam saatlarında normal istirahət edin.

Şir - Peşəkar fəaliyyət müstəsivisindəki məsələlərin həllində ardıcıllığa riayət edin. İşlərinizdə nizam yaradın. Mübhəmlərinizi yaxşı tanımadığınız insanlarla bölüşməyin. Planlarınız barədə yaxın ətrafınızdakı insanlara müfəssəl açıqlamalar verməyinizə heç bir ehtiyac yoxdur.  Çalışdığınız kollektivdə günün ikinci yarısında intriqalar, anlaşılmazlıq zəminində qarşıdurma, lider mövqeyi uğrunda mübarizə başlana bilər. Şəxsi münasibətlərdə sınanmış metodlardan yararlanın. Eksperimentlərdən uzaq durun.

Qız - Tanışlarınızın şirnikləndirici təkliflərinə aldanmayın. Məsuliyyətli olun, qarşınıza qoyduğunuz məqsədə çatmaq üçün var qüvvənizlə çalışın. Hisslərin əsiri olmayın. Planlaşdırılmamış gəlir istisna deyil. Günün ikinci yarısında anlaşmalar və müqavilələr xeyir verə bilər. Etibar edə biləcəyiniz insanları dəqiq seçin. Belə məsələlərdə intuisiyanıza güvənməyin. Axşam saatlarını şəxsi problemlərin həllinə həsr edə bilərsiniz. Əsas məsələdən savayı bütün məqamları arxa plana salın.