Azərbaycan neftinin SON QİYMƏTİ


Digərləri 06 İyl 2018 23:58:00 266 0

Azərbaycan neftinin SON QİYMƏTİ

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin son qiyməti 79,51 dollar/barel təşkil edib ki, bu da çərşənbə gününə olan göstəricidən 0,11 dollar dollar/barel azdır. Son.az bildirir ki, bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti iyulun 5-də 78,88 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,11 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti iyulun 5-də 75,53 dollar/barel təşkil edib ki, bu da Trend--ə görə, əvvəlki qiymətdən 0,09 dollar/barel azdır.