Bitcoini nə gözləyir?


Digərləri 06 İyl 2018 23:43:00 336 0

Bitcoini nə gözləyir?

Vüqar Bayramov: "Növbəti dövrlərdə qiymətlər aparıcı ölkələrin virtual valyutalara olan münasibətindən asılı olaraq dəyişəcək" 

Son.az kaspi.az-a istinadən yazını təqdim edir.

Son dövrlərdə virtual valyutalara olan maraq daha da artıb. Hətta ilin əvvəlində virtual valyutalardan biri olan bitcoinin qiyməti xeyli bahalaşdı. Hər kəsin qiymətlərin daha da artacağını gözlədiyi bir vaxtda isə qiymətlərdə sürətli azalmalar başladı. Belə ki, iyun ayının statistikasına əsasən bitcoinin qiyməti 6 min dollar ətrafında dəyişib. Halbuki ilin əvvəlində bu rəqəm 18 min dollara yaxın idi. Bəs görəsən bu qiymət dəyişmələri nə vaxta kimi davam edəcək? Ümumiyyətlə, yaxın gələcəkdə bitcoini nə gözləyir?    Araşdırmaçı Nicat Dağlar deyir ki, kripto valyuta elə bir fenomendir ki, onun geriyə dönüşü yoxdur: "Qiymət dəyişikliyi müxtəlif səbəblərdən baş verir. Ümumilikdə isə bitcoinə olan kütləvi marağın artıb-azalmasından asılı olaraq qiymətlər dəyişir. Amma kritpto-valyutalar özlərinin real dəyərini hələlik tapmayıblar. Bu mənada stabil qiymətlər tədricən formalaşacaq. Ola bilsin ki, bir ay sonra yenidən bir bitkonin qiyməti fantastik həddə qalxsın. Amma istər bitcoin, istərsə də kripto-valyutanın digər növləri zamanla öz real qiymətlərini tapacaq. Həmin dövrə qədər qiymət dəyişikliklərinin baş verməsi tamamilə təbiidir. Yaxın gələcəkdə bütün əməliyyatlar kripto-valyuta üzərindən həyata keçiriləcək. Dünyada gedən proseslər də bunu təsdiq edir. Bir çox ölkələrin idxal-ixrac əməliyyatlarında kripto-valyutadan istifadənin mümkünlüyü haqqında müzakirələr gedir. Burada söhbət həm də blokçeyn texnologiyasının tətbiqindən gedir. Kripto-valyutalar blokçeyn texnologiyasına əsaslanır. Gələcəkdə bütün sahələr kripto-valyuta bazarına uyğunlaşdırılacaq və bu proses artıq indidən başlayıb. Azərbaycan da artıq bu prosesə yavaş-yavaş qoşulur. Virtual valyutaların tətbiqinin mümkünlüyünə dair araşdırmalar aparılır. Bir neçə ildən sonra bitcoin və digər kripto-valyutalar gündəlik olaraq istifadə ediləcək. Bitcoinin qiyməti valyutalara və yaxud qiymətli metallarla bağlı deyil. Bitcoini bahalaşdıran internetdə ona kütləvi marağın yaranması ilə bağlıdır. İnsanların bitcoinə dəyər verməsi ilə qiymət qazanır. Kütləvi maraq azaldıqca bu qiymətlərə də təsir göstərir. Ona görə də bitcoinin qiymətinin yüksələn və artan qiyməti ona olan maraqdan dəyişilir".