Bu məhsullar kişilərdə sonsuzluq problemini həll edir


Digərləri 06 İyl 2018 23:46:00 399 0

Bu məhsullar kişilərdə sonsuzluq problemini həll edir

Statistika göstərir ki, dünyada hər 7-ci cütlük hamiləliklə bağlı problemlər yaşayır. 40-50% hallarda bunun səbəbi kişi sonsuzluğudur.

Son.az saglamolun.az-a istinadən bildirir ki, bəzi məhsullar spermanın keyfiyyətini yaxşılaşdırır və bununla da sonsuzluq problemini həll etməyə kömək edir. İlk növbədə söhbət çərəzlərdən gedir.

Araşdırmalar göstərir ki, gün ərzində badam, qoz və fındıq yeyən kişilərdə spermanın bütün göstəriciləri xeyli yaxşılaşır. Belə ki, spermatozoidlərin sayı 14%, hərəkətliliyi - 6%, həyat qabiliyyəti 4% artır.