Başağrısı qəfil ölümə səbəb ola bilər


Digərləri 06 İyl 2018 23:30:00 322 0

Başağrısı qəfil ölümə səbəb ola bilər

Başağrısı və baş gicəllənməsini çoxları vacib bir xəstəlik hesab etməsə də əslində, onun fəsadları çoxdur. Xəstəliyin mahiyyətinə varmaq, onun başqaldırma səbəblərini öyrənmək mütləqdir. Sadəcə, bir ağrıkəsici dərmanla qarşısını almaq isə daha ağır xəstəliklərə yol aça bilər.

Son.az axşam.az-a istinadən bildirir ki, ağrı orqanizmin hissiyyat pozğunluğunun göstəricisidir. Hər şey doğuş zamanı uşağın aldığı travmadant başlayır. Uşaq yetkinlik yaşına çatana kimi müalicə olunmadıqda ağrılar daha da güclənir və ciddi xəstəliklərə yol açır. Ağrı ilə yanaşı xəstədə hövsələsizlik, tez-tez ürəkdöyünmə, həyəcan və yuxu pozğunluğu halları da müşahidə olunur. Xəstənin əlləri tərləyir, buz kimi olur. Bu zaman gənclər ağrıkəsici dərmanlar qəbul etməklə başağrısının qarşısını almağa çalışırlar. Ağrını müvəqqəti kəsmək üçün istifadə olunan bu dərman preparatları insanda daha ciddi xəstəliklər yarada bilər. Xəstə düzgün müayinə olunmalıdır. Çünki beyin toxumasında olan yüngül bir narahatlıq, hüceyrələrin sıxılması nəticəsində insan əlil ola bilər. 

Revmatizmanı törədən mikroblar, angina, burun çəpərinin əyriliyi də güclü baş ağrılarına gətirib çıxaran amillərdir. Hazırda gənclərin mobil telefondan çox istifadə etmələri, günün yarıdan çoxunu kompüter qarşısında oturmaları da güclü baş ağrıları əmələ gətirir. Kompüterdən, mobil telefondan həddindən artıq çox istifadə etmək beyində şiş əmələ gətirə bilər. Xroniki baş ağrıları

Xəstə güclü ağrıdan əziyyət çəkir. İnsanın iş fəaliyyəti zəifləyir. Xroniki başağrısının səbəbi oksigen çatışmazlığıdır. Bu zaman ozonterapiyadan istifadə olunur. Yəni oksigen süni yolla beyin daxilinə yeridilir. Ümumiyyətlə, xroniki baş ağrılarında əsasən təbii yolla müalicə üsullarından istifadə etmək məsləhətdir. Çünki burada dərmanların heç bir xeyri olmur. Xroniki baş ağrısı həm də irsi ola bilər. Bunun müalicəsi mümkünsüzdür.

Miqren