Psixoloji pozğunluq keçirən məşhurları siz də tanıyın FOTO


Digərləri 06 İyl 2018 23:24:00 362 0

Psixoloji pozğunluq keçirən məşhurları siz də tanıyın  FOTO

Son.az kulis.az-a istinadən psixoloji pozğunluq keçirən 10 məşhuru təqdim edir:

Müğənni və aktrisa Cennifer Lopez - 2001-ci ildə Cennifer "Yetər"" ("Enough") filminin çəkilişlərində idi. Qaynar bir iş rejimi idi. Həm musiqiçilik, həm aktyor oyunu Cey Lonu yorurdu. Bir də üstünə yüksək tələbkarlıq gələndə dözülməz hala gəldi. Çəkiliş meydançasında qəfil donub qalmış aktrisanı görəndə hamı çaşdı. O, nə danışa, nə də hərəkət edə bilir, quruyub qalmışdı. Onu evinə apardılar. Sakitləşdirici həblər qəbul edən Cennifer bir həftəni yuxuda keçirdi.

Müğənni Britni Spirs - 2007-ci il. Britni iki uşağının qəyyumluğu üçün mübarizə aparırdı. Uşaqlarının əlindən alınması fikri onu dəli edirdi. Əsəb sarsıntısı keçirdiyi günlərdən birində onu bərbərdə gördülər. Səbəbsiz bir təbəssümlə saçlarını dibindən qırxırdı. Bərbərdən çıxıb küçədəki paparazzilərə hücum etdi. Daha sonra ailəsi onu nəzarətə aldı və müalicə başladı.

Aktrisa Lindsi Lohan - amerikalı aktrisa və müğənni Lohanın psixoloji probleminə bütün dünya şahid olub: maqazin xəbərlərində skandal olan davranışlarına. Narkotika və alkoqol bunlardan yalnız biri idi. Kokain üzündən həbsə girdi, başqasının avtomobilini əzib, bahalı bir boyunbağını oğurladı. Yalnız uzun sürən müalicədən sonra həyatını nizamlaya bildi.

Müğənni Selena Qomez - gənc yaşda şöhrət qazanan Selena də psixoloji problemlər yaşadı. Terapiya və müalicələrlə bir müddət idarə etsə də, az sonra müalicənin faydası olmadı. 2014-cü ildə psixloji böhran üzündən musiqi həyatına son qoydu. "Qırmızı qurd eşənəyi" xəstəliyi yenidən baş qaldırdı.


Xəbərə aid fotolar