Kütləvi dava olub, xəsarət alanlar var


Kriminal 06 İyl 2018 23:12:00 283 0

Kütləvi dava olub, xəsarət alanlar var

Qazax rayonunda kütləvi dava baş verib.

Son.az APA-ya istinadən bildirir ki, hadisə Aslanbəyli kəndində qeydə alınıb.

Bir neçə nəfər arasında baş verən mübahisə davaya çevrilib. Nəticədə Aslanbəyli kənd sakinləri, 33 yaşlı Musa Əbdülrəhmanov və 37 yaşlı Ramin Rzayev xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.   Onlardan bir nəfərinin bıçaq yarası, digərinin isə küt alətlə xəsarət aldığı bildirilir.