Kral ailəsinin xüsusi zövqlə geyinən təmsilçisi FOTO


Digərləri 06 İyl 2018 22:38:00 315 0

Kral ailəsinin xüsusi zövqlə geyinən təmsilçisi  FOTO

Meqanın rəsmi çıxışları əyani şəkildə sübut edir ki, Sassekskaya hersoginyası kral ailəsinin xüsusi zövqlə geyinən təmsilçisidir. Stilistlər haqlı olaraq, onu dünyanın ən yaxşı geyinən xanımları sırasına daxil edir. Bu yaxınlarda Meqan Markl Bukingem sarayında keçirilən qəbula "Prada" italiyan moda evinin xüsusi olaraq onun üçün çəhrayı çalarlı parçadan tikdiyi paltarda gəlmişdi. Hersoginya ilk dəfə deyil bu rəngini seçib.

Son.az modapərəstləri Meqan Marklın çəhrayı rəngə olan məhəbbətinin səbəbləri ilə tanış edir.

Demək olar ki, toydan sonra Meqanın bütün ictimai çıxışları çəhrayı çaların himayəsi altında keçirilib. Yeri gəlmişkən zərif çəhrayı kral ailəsinin üzvlərinin qarderobunda nadir rast gəlinən rəngdir. Xatırlamaq kifayətdir ki, kraliça II Yelizaveta bir qayda olaraq maksimum dərəcədə parlaq rənglərə müraciət edir. Geyimləri gənclərin həyatından daha rəngarəng və maraqlı olan kraliça çox az hallarda solğun rənglərdə görünür. Kembric hersoginyası Keyt Middlton isə parlaq rənglərin pərəstişkarı deyil, bununla belə onlardan imtina etmir. Məsələn, o, mavi, göy, boğuq və pastel çalarlarına üstünlük verir.


Xəbərə aid fotolar