Xərçəngin diaqnozlaşdırılması üçün qeyriadi üsul kəşf edilib


Digərləri 06 İyl 2018 22:30:00 280 0

Xərçəngin diaqnozlaşdırılması üçün qeyriadi üsul kəşf edilib

Dyuk və Nanyan universitetlərinin və Massaçusets Texnologiya İnstitutunun alimlər qrupu xərçəngin diaqnostikası üçün yeni metod kəşf edib. Belə ki, mütəxəssislər səs dalğaları vasitəsilə xəstəliyə yoluxmuş hüceyrələri aşkarlamaq niyyətindədirlər.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, xəstə hüceyrələr sağlamlardan daha böyük olur. Xüsusi tezlikli səs dalğaları onları aşkarlayır və növbəti analiz üçün müəyyən nöqtədə toplayır.

Alimlərin sözlərinə görə, hazırda xərçəngin diaqnostikası üçün əsas metod biopsiya olaraq qalır. Lakin biopsiya səsli diaqnostika ilə müqayisədə daha ağrılı və az effektivdir.