Gözləri qoruyun


Digərləri 06 İyl 2018 22:19:00 433 0

Gözləri qoruyun

Astiqmatizm gözün optik sisteminin qüsurudur. Bu zaman gözün şüasındırma qüvvəsinin fəaliyyəti pozulur. Gözdə iki əsas, bir-birinə perpendikulyar meridian olur. Bunlardan biri güclü, digəri isə zəif şüasındırma qabiliyyətinə malikdir. 

Son.az axşam.az-a istinadən bildirir ki, astiqmatizm xəstəliyinə son vaxtlar gənclər arasında tez-tez rast gəlinir. Astiqmatiya zamanı gözün görmə qabiliyyəti zəifləməsə də, inkişafı dayanır. Bu zaman xəstə əşyaları aydın görə bilmir. Əgər xəstəliyi vaxtında müalicə etməsəniz bu zaman o, göz çəpliyinə və ya görmə qabiliyyətinin tamamilə itməsinə səbəb ola bilər.

Xəstəliyin əlamətləri:

Başağrısı Görmə qabiliyyətində qeyri-müəyyənlik Gözdə təzyiqin olması Halsızlıq Gözdə ağırlıq hiss etmək

Astiqmatizmin əmələ gəlməsinə səbəb:

· Gözdə aparılan əməliyyatlar · Zədələr · İrsi faktorlar · Buynuz qişanın xəstəlikləri · Xəstəliyin son vaxtlar ən çox yayılan səbəbi isə kompüter qarşısında çox oturmaqdır