"Aqua Park"da baş verən faciənin TƏFƏRRÜATI VİDEO


Digərləri 06 İyl 2018 22:08:00 272 0

"Aqua Park"da baş verən faciənin TƏFƏRRÜATI  VİDEO

Su hovuzunda çimən gənc dünyasını dəyişib. Son.az bildirir ki, hadisə ötən gün Abşeron rayonu Novxanı qəsəbəsində yerləşən istirahət mərkəzlərindən birində baş verib.

Dostları ilə hovuza gələn 35 yaşlı Zamiq Nağıyevin dünyasını dəyişməsi ilə bağlı ailəsinə məlumat verilib. Mərhumun qardaşı Nicat Nağıyevin sözlərinə görə hadisəyə səbəb su sürüşkənin qarşısında çimən qardaşına, başqa bir şəxsin zərbəylə çırpılması olub. O bunu müşahidə kameralarından da göründüyünü bildirir.

Nicat Nağıyevin sözlərinə görə qardaşı məhz istirahət mərkəzində təhlükəsizlik normalarına əməl edilməməsi səbəbindən dünyasını dəyişib.

İstirahət mərkəzinin əməkdaşları isə bu iddialarla razılaşmır. Mərkəzin menceri Sevinc Rəşidovanın sözlərinə görə təhlükəsizlik normalarına hər zaman əməl edilir. Ölümün hansı səbəbdən baş verdiyini isə bilmirlər.