Pedaqoji təhsili olmayanlar müəllim işləyə biləcək VİDEO


Digərləri 06 İyl 2018 21:45:00 1084 0

Pedaqoji təhsili olmayanlar müəllim işləyə biləcək  VİDEO

Müvafiq ixtisaslar üzrə ali təhsili olan, ancaq pedaqoji təhsili olmayan şəxslər də artıq təhsil müəssisələrində müəllim işləyə biləcəklər. Son.az bildirir ki, bunu Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini Fərzəli Qədirov "Təhsil haqqında" qanuna edilmiş dəyişikliklərlə bağlı keçirilmiş brifinqdə deyib. Ancaq onun sözlərinə görə, bunun qaydaları sonradan müəyyənləşdiriləcək.

"Təhsil haqqında" qanuna edilmiş yeni dəyişiklik ali təhsilli şəxsin kollecə müsabiqədənkənar qəbuluna da imkan yaradır. Bunu isə Nazirliyin Hüquq şöbəsinin müdiri Sübhi Kazımov deyib.

Digər dəyişiklik isə peşə ixtisası olub hər hansı təhsili olmayan şəxslərin peşəkar fəaliyyətlərini təsdiq edən sənəd ilə təmin olunmasıyla bağlıdır. Həmin şəxslər müvafiq imtahandan keçdikdən sonra onlara peşəkarlıqlarını təsdiq edən sənədlər veriləcək. /xezerxeber.az