Atasından danışan Elza ağladı: "Şikəst də gəlsə, ona baxaram"


Şou-biznes 06 İyl 2018 20:50:00 300 0

Atasından danışan Elza ağladı: "Şikəst də gəlsə, ona baxaram"

Xəzər TV-də yayımlanan 5/5 verilişində maraqlı anlar yaşanıb.

Son.az axşam.az-a istinadən bildirir ki, proqrama qonaq olan əməkdar artist Elza Seyidcahan atasından danışaraq ağlayıb.

O, proqramın aparıcısı Zaur Kamala "Atamı tapsan, sənin heykəlini qoyaram" deyib:

"Atamla anam dayıqızı, bibioğlu olublar. Atam anamdan 10 yaş böyük olub. Hazırda 83 yaşı olar. Onlar ayrılmayıb. Sadəcə o vaxt atam pul qazanmaq üçün Rusiyaya gedib və bir daha geri qayıtmayıb. Ona görə, indiki gənclərə deyirəm ki, ərinizi pul dalınca heç hara göndərməyin. Yoldaşınız harada, siz də orada olun. Biz bir ana, bir atadan 4 bacıyıq. Amma atam həmişə oğlan arzusunda olub. O, bizi atmayıb, qisməti elə olub. Atam indi şikəst kimi də qarşıma çıxsa, ona baxaram".