Tramp Kim Çen Ina Elton Conun diskini hədiyyə etdi


Dünya 06 İyl 2018 20:33:00 255 0

Tramp Kim Çen Ina Elton Conun diskini hədiyyə etdi

ABŞ Prezidenti Donald Tramp Şimali Koreya rəhbəri Kim Çen Ina Elton Conun "Raket adam" mahnısı olan diskini hədiyyə edib.

Son.az Trend-ə istinadən xəbər verir ki, o həmçinin koreyalı həmkarına məktub ünvanlayıb.

Qeyd olunur ki, ötən ay Sinqapurda baş tutmuş görüş zamanı tərəflər bu mahnını da müzakirə ediblər. Kim Çen In D.Trampa onu "raket adam" adlandırdığını xatırladıb, əvəzində D.Tramp Kim Çen Indan bu mahnını eşidib-eşitmədiyini soruşub və "yox" cavabını alıb.