Ərdoğan Nazirlər Kabinetinin yeni tərkibi barədə danışdı


Dünya 06 İyl 2018 20:18:00 298 0

Ərdoğan Nazirlər Kabinetinin yeni tərkibi barədə danışdı

Türkiyə Nazirlər Kabinetinin yeni tərkibi iyulun 9-da məlum olacaq.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Onun sözlərinə görə, ölkədə bir neçə nazirliyin birləşdirilməsi gözlənilir.

Dövlət başçısı əlavə edib ki, xalqın rifahı üçün bir sıra qanunlarda dəyişikliklər ediləcəyi sə istisna olunmur.

Xatırladaq ki, iyulun 4-də Türkiyə Mərkəzi Seçki Komissiyası prezident və parlament seçkilərinin yekun nəticələrini açıqlayıb.