Pakistanın sabiq baş naziri 10 il müddətinə azadlıqdan məhrum edildi


Dünya 06 İyl 2018 19:18:00 397 0

Pakistanın sabiq baş naziri 10 il müddətinə azadlıqdan məhrum edildi

Pakistanın keçmiş baş naziri Nəvaz Şərif 10 il müddətinə azadlıqdan məhrum edilib.

Son.az report-a istinadən xəbər verir ki, o, vəzifədə olduğu müddətdə korrupsiya cinayəti törətməkdə günahkar bilinib. 

Qeyd edək ki, ötən il oktyabrın 19-da Pakistan məhkəməsi keçmiş baş nazir N.Şərifə, onun qızı Məryəm Nəvaza və kürəkəni Məhəmməd Safdara qarşı korrupsiya ittihamı irəli sürüb.