Manchester City ukraynalı futbolçunu satır


İdman 06 İyl 2018 19:19:00 302 0

Manchester City ukraynalı futbolçunu satır

İngiltərə Premyer Liqasına vəsiqə qazanan Wolverhampton klub transfer rekordunu qırıb. Goal.az xəbər verir ki, sözügedən klub 16 milyon avro qarşılığında Aleksandr Zinçenkonun transferini Manchester City ilə razılaşdırıblar.

İlk başda yarımmüdafiəçiyə görə 12 milyon avro ödəniləcək. Əlavə olaraq isə 4 milyon avro bonus planlaşdırılıb. 2016-17 mövsümünü icarə əsasında PSV-də keçirən ukraynalı futbolçunun ulduzu Manchester City-də, Pep Qvardiolanın rəhbərliyi altında parlamışdı. “Şəhərlilər”in forması ilə son mövsüm 16 matça çıxan Zinçenko sonda Premyer Liqa tituluna sahib çıxmışdı