Nikolay Patruşev Dağlıq Qarabağ münaqişəsinin həllində Moskvanın mövqeyini təsdiqlədi


Dünya 06 İyl 2018 19:00:00 293 0

Nikolay Patruşev Dağlıq Qarabağ münaqişəsinin həllində Moskvanın mövqeyini təsdiqlədi

Rusiya Təhlükəsizlik Şurasının (TŞ) katibi Nikolay Patruşev ermənistanlı həmkarı Armen Qriqoryanla görüşü zamanı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə mərhələli həlli üzrə Moskvanın mövqeyini təsdiqləyib.

Bəyanatda qeyd olunur ki, Rusiyanın regionda sabitlik tərəfdarı olan və Dağlıq Qarabağ probleminin tərəflərinin maraqları qeydə alınmaqla sülh yolu ilə mərhələli həlli üzrə mövqeyi təsdiqlənib.

Qeyd edək ki, 1988-ci ildə Ermənistan tərəfindən Azərbaycana qarşı ərazi iddiaları başladı.

Son.az Trend-ə istinadən bildirir ki, bir müddət sonra isə Ermənistan tərəfindən Azərbaycan ərazilərinə hərbi təcavüz başlandı. Dağlıq Qarabağ və ona sərhəd yeddi rayon - Azərbaycan ərazisinin 20 faizi - Ermənistan silahlı qüvvələri tərəfindən işğal olundu. Bu işğal faktoru hələ də davam edir.

1994-cü ilin mayında tərəflər atəşkəs rejiminə nail olublar. O dövrdən bu günə kimi ATƏT-in Minsk qrupunun himayəsində - Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə uğursuz sülh danışıqları davam edir. İşğal olunmuş Dağlıq Qarabağ və ona sərhəd rayonların azad edilməsi barədə BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi dörd qətnamə isə Ermənistan tərəfindən bu günədək icra olunmayıb.