FİFA prezidentindən gözlənilməz etiraf: "Futboldan başım çıxmır"


İdman 06 İyl 2018 18:44:00 280 0

FİFA prezidentindən gözlənilməz etiraf: "Futboldan başım çıxmır"

FİFA prezidenti Canni İnfantino Rusiyada keçirilən dünya çempionatı barədə fikirlərini bildirib.

Goal.az xəbər verir ki, o, mundialda sürpriz nəticələrin yarışa əlavə rəng qatdığını düşünür: “İspaniya – Portuqaliya (3:3) görüşü çox xoşuma gəldi. İsti havada inanılmaz matç izlədik. Həmin vaxt bu komandalardan birinin dünya çempionu olacağını düşünürdüm. Gördüyünüz kimi, mənim futboldan elə də başım çıxmır. Həmçinin 1/8 final mərhələsində Fransa – Argentina (4:3) və İspaniya – Rusiya (1:1, penaltilərlə 3:4) qarşılaşmalarını bəyəndim. Xüsusən də, sonuncu matç sürpriz oldu. Ümumiyyətlə, mundialda ən çox sevdiyim amil gözlənilməz nəticələrin qeydə alınmasıdı. Bu da çempionatın ən önəmli elementlərindən biridir. Bu mərhələyə qədər keçirilən görüşlərin nəticələrindən sonra bir təxmin bildirmək çətindir. Bu da əladır”.

Qeyd edək ki, dünya çempionatında ¼ final mərhələsinin oyunları bu gün və sabah keçiriləcək.