Tramp Almaniya kanslerinə xəbərdarlıq etdi


Dünya 06 İyl 2018 18:18:00 433 0

Tramp Almaniya kanslerinə xəbərdarlıq etdi

"Rusiyadan özlərini qorumaq istəyirlər, bununla belə, Rusiyaya gedib milyardlarla dollarlıq ödəniş edirlər".

Son.az report.az-a istinadən bildirir ki, bunu ABŞ Prezidenti Donald Tramp Almaniya kansleri Angela Merkelə xəbərdarlığında bildirib.

"Rusiyadan qorunmaq istəyirlər, gedib Rusiya ilə təbii qaz və neftlə bağlı müqavilələr imzalayır, rus qazına milyardlar ödəyirlər. Üstəlik, NATO-ya üzvlük pulunu da vermirsən. Dedim ki, Angela, təminat verə bilmərəm, ancaq sizi qoruyuruq. Ancaq, bu, sizin bizim üçün etdiklərinizdən daha böyük məna daşıyır. Zira, sizi qorumaqla özümüzün nə qədər müdafiə edildiyimiz isə məlum deyil. Avropanın müdafiəsinin bütün xərclərini ABŞ bundan sonra təkbaşına ödəməyəcək. Biz bütün xərcləri təkbaşına ödəyən axmaqlar olmuşuq. NATO-ya gedib deyəcəyəm ki, artıq bütün qaimələri ödəməyiniz lazımdır. Hər şeyin hesabını ABŞ ödəyə bilməz", - o vurğulayıb.