"Son dəyişikliklərdən sonra..."


Digərləri 06 İyl 2018 17:52:00 260 0

"Son dəyişikliklərdən sonra..."

Artıq Mədəniyyət Nazirliyinin strukturu tam formalaşıb. Regional idarələrin fəaliyyətinin təmin olunması üçün nazirliyin tərkibində Regional siyasət şöbəsi yaradılıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Mədəniyyət Nazirliyində aparılmış struktur islahatları və regional mədəniyyət idarələrinin fəaliyyətinə həsr olunmuş müşavirədə çıxış edən mədəniyyət nazirinin müavini Rafiq Bayramov deyib.

O bildirib ki, ölkə başçısı 6 iyun 2018-ci il tarixdə Mədəniyyət Nazirliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı fərman imzalayıb.

Fərmana əsasən nazirliyin yeni strukturu təsdiq edilib, həmçinin Bakı Şəhər Mədəniyyət Baş İdarəsi və regional mədəniyyət idarələrində işçilərin say tərkibi müəyyən olunub:

"Müşavirənin əsas məqsədi həyata keçirilən islahatlar nəticəsində qarşıya qoyulan yeni hədəflərə nail olmaq və bu istiqamətdə atılacaq addımların müzakirəsidir".