İstirahət günlərində hava proqnozu


Digərləri 06 İyl 2018 17:19:00 199 0

İstirahət günlərində hava proqnozu

İstirahət günlərində ölkə ərazisində müşahidə ediləcək hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Son.az-a verilən məlumata görə, ötən günlərlə müqayisədə havanın temperaturu tədricən 4-6 dərəcə aşağı enəcək.

Böyük və Kiçik Qafqazda bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Havanın temperaturu dağətəyi rayonlarda 26-31, dağlıq rayonlarda isə 23-28 dərəcə isti təşkil edəcək.

Lənkəran-Astara bölgəsində yağmursuz hava şəraiti gözlənir. Şərq küləyi əsəcək. Havanın maksimal temperaturu 30-35 dərəcə isti təşkil edəcək.

Aran rayonlarında günəşli hava şəraiti olacaq. İyulun 7-də qərb küləyi arabir güclənəcək. Havanın maksimal temperaturu 35-40 dərəcə isti təşkil edəcək.