Antalyada meşə yanır


Dünya 06 İyl 2018 16:42:00 261 0

Antalyada meşə yanır

Türkiyənin Antalya vilayətində meşə yanğını başlayıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, yanğın 1 hektar ərazidə meşə massivini əhatə edir.

Hazırda yanğının lokallaşdırılması istiqamətində operativ işlər aparılır. Yanğının söndürülməsi üçün helikopterlər də cəlb olunub.

Qeyd edək ki, ötən gün Bodrumda meşə yanğını baş vermişdi. Yanğın axşam saatlarında canlı qüvvə və helikopterlərin hesabına söndürülmüşdü.