İstirahət günlərində hava proqnozu


Digərləri 06 İyl 2018 16:46:00 198 0

İstirahət günlərində hava proqnozu

İstirahət günlərində ölkə ərazisində müşahidə ediləcək hava proqnozu açıqlanıb.

Bakı. İstirahət günlərində ölkə ərazisində müşahidə ediləcək hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, ötən günlərlə müqayisədə havanın temperaturu tədricən 4-6 dərəcə aşağı enəcək. Böyük və Kiçik Qafqazda bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Havanın temperaturu dağətəyi rayonlarda 26-31, dağlıq rayonlarda isə 23-28 dərəcə isti təşkil edəcək. Lənkəran-Astara bölgəsində yağmursuz hava şəraiti gözlənir. Şərq küləyi əsəcək. Havanın maksimal temperaturu 30-35 dərəcə isti təşkil edəcək.