Xorvatiyalı hücumçu Madrid yolunda


İdman 06 İyl 2018 16:29:00 218 0

Xorvatiyalı hücumçu Madrid yolunda

Milan-ın hücumçusu Madrid klubuna keçir. Atletico heyətini gücləndirmək istiqamətində fəaliyyətini davam etdirir. Goal.az xəbər verir ki, Madrid təmsilçisi Milan-ın hücumçusu Nikola Kaliniçlə anlaşıb. Klublar arasında aparılan danışıqlar da müsbət nəticə verib. Xorvatiya millisinin üzvü Atletico-nu Valencia-ya dəyişməyə hazırlaşan Kevin Qameyronu əvəz edəcək. Valencia isə Simone Zazanın Juventus-a keçidinə razılıq verəcək. Nikola Kaliniç Milan-a ötən il Fiorentina-dan 29 milyon avroya transfer olunmuşdu.