İbrahimoviç: "Mundial başlamamışdan öncə də bunu demişdim"
İdman 06 İyl 2018 15:45:00 264 0
Zlatan İbrahimoviçsiz İsveç yığması dünya çempionatının 1/4 finalı çərçivəsində İngiltərə ilə oyuna hazırlaşır. Goal.az xəbər verir ki, 37 yaşlı futbolçu millinin mundialdakı şanslarını dəyərləndirib.
“Artıq 1/4 finaldayıq, emosiyalar aşıb-daşır. Üstünlük hisslərinə daha yaxşı hakim olan komandanın tərəfində olacaq. İsveç dünya çempionu ola bilər. Mundial başlamamışdan öncə də bunu demişdim. Güclü Meksikanı məğlub etdilər, ardınca İsveçrə bizimlə bacarmadı. Heç kimin gözləmədiyi halda, İsveç uğurla yoluna davam edir”. İsveç – İngiltərə oyunu iyunun 7-si keçiriləcək.
Mənbə: goal.az