Xəzərdə balıqların kütləvi ölümü baş verib - SƏBƏBİ açıqlandı


Digərləri 06 İyl 2018 15:44:00 340 0

Xəzərdə balıqların kütləvi ölümü baş verib - SƏBƏBİ açıqlandı

qeyri-optimal yaşama şəraiti daha həssas olan kefalın əsasən körpə balıqlarına təsir göstərib.

Bakı. İlhamə İsabalayeva - Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) Xəzər dənizi Bakı buxtası Qum adasının 3-4 kvadrat km olan sahilboyu dayaz akvatoriyasında kütləvi balıq ölümünün səbəini açıqlayıb. Nazirlikdən Trend-ə verilən məlumata görə, hadisənin səbəblərini araşdırmaq üçün ETSN və AMEA-nın Zoologiya İnstitunun Hidrobiologiya laboratoriyasının əməkdaşları əraziyə baxış keçirib. Baxış zamanı balıqların sivriburun kefalın körpələri olduğu məlum olub. Nazirlik AMEA-nın əməkdaşları ilə birgə balıqların ölüm səbəbini aydınlaşdırmaq məqsədilə balıq və su nümunələri üzərində analizlər aparıb.