6 yaşı dekabrın 31-dək tamam olacaq uşaqlar birinci sinfə müsabiqəsiz qəbul ediləcək


Digərləri 06 İyl 2018 15:48:52 210 0

6 yaşı dekabrın 31-dək tamam olacaq uşaqlar birinci sinfə müsabiqəsiz qəbul ediləcək

6 yaşı sentyabrın 16-dan dekabrın 31-dək tamam olacaq uşaqlar ümumi təhsil müəssisələrinin I sinfinə müsabiqəsiz qəbul ediləcək.

Bakı. 6 yaşı sentyabrın 16-dan dekabrın 31-dək tamam olacaq uşaqlar ümumi təhsil müəssisələrinin I sinfinə müsabiqəsiz qəbul ediləcək. Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Trend-ə verilən məlumata görə, Prezident İlham Əliyev ““Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Fərman imzalayıb. Dəyişikliyə əsasən, valideynlərin və ya digər qanuni nümayəndələrin müraciəti ilə hər təqvim ilinin sonunadək 6 yaşı tamam olan uşaqlar da məktəbə qəbul edilirlər.