Baş Prokurorluq, DİN və DTX birgə məlumat yayıb: Elmar Vəliyevin güllələnməsi planlaşdırılmış terror aktıdır


Sosial 06 İyl 2018 15:13:46 112 0

Baş Prokurorluq, DİN və DTX birgə məlumat yayıb: Elmar Vəliyevin güllələnməsi planlaşdırılmış terror aktıdır

Mütəşəkkil cinayətkar dəstənin üzvlərindən daha 3 nəfər tutulub

Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidmətinin Mətbuat xidmətləri Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevin güllələnməsi hadisəsi barədə növbəti dəfəbirgə məlumat yayıb.

“Report”a daxil olan məlumatda xatırladılıb ki, 2018-ci il iyul ayının 3-də Gəncə şəhərində anadan olmuş Yunis Səfərov Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə və Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşı polis serjantı Qasım Aşbazova odlu silahdan atəş açaraq müxtəlif dərəcəli bədən xəsarətləri yetirib: "Fakt üzrə başlanılmış cinayət işi üzrə həyata keçirilən istinaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri ilə müəyyən edilmişdir ki, Rusiya Federasiyasının vətəndaşı olan Yunis Səfərovun törətdiyi bu cinayət məqsədyönlü şəkildə həyata keçirilən əvvəlcədən planlaşdırılmış terror aktıdır. O, 2016-cı ildə İran İslam Respublikasına gedərək 8 ay Qum şəhərində yaşamış və bu müddət ərzində Azərbaycan vətəndaşı olan Rasim Əsədovla birgə Suriya Ərəb Respublikasının ərazisində olan silahlı birləşmələrin tərkibində döyüş təlimi keçmişdir.

2017-ci ildə isə Azərbaycana qayıdaraq Gəncə şəhərinə gəlmiş, həmin ilin iyun ayında odlu silah əldə etmək üçün "Kapitalbank"ın Gəncə filialında postda duran polis əməkdaşına hücum edib, başına küt alətlə xəsarət yetirərək "Makarov" markalı xidməti tapançasını ələ keçirmişdir. Bundan sonra, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevi öldürmək məqsədilə 2018-ci ilin yanvar ayında Elmar Vəliyevi izləmiş, şübhəli davranışı polis əməkdaşının diqqətini cəlb etdiyindən həmin tapançadan atəş açaraq onu yaralyıb hadisə yerindən qaçmışdır.

Cari il iyul ayının 3-də isə Gəncə şəhər İcra Hakimiyyətinin qarşısına gələrək, qeyd olunduğu kimi, Elmar Vəliyevi və onun yanında olan polis əməkdaşını qətlə yetirməyə cəhd etmişdir.

Araşdırmalar göstərmişdir ki, Yunis Səfərovun terror aktını törətməkdə əsas məqsədi Azərbaycanda şəriət qanunları ilə idarə olunan islam dövləti qurmaq, bunun üçün bir neçə tanınmış dövlət məmurunu öldürməklə respublikada ajiotaj, xaos, vahimə yaratmaq, nəticə etibarı ilə hakimiyyətin zorla ələ keçirilməsini təşkil etmək olmuşdur. O, bu məqsədini həyata keçirmək üçün "Müsəlman birliyi hərəkatı" adından Azərbaycan vətəndaşlarına videomüraciət də hazırlayıb onu xarici ölkədə yaşayan məsləkdaşlarına göndərmiş və iyul ayının 3-də Gəncə şəhərində törətdiyi terror aktı baş tuacağı halda həmin müraciətin respublikada yayılmasını nəzərdə tutmuşdur. Videomüraciətdə Yunis Səfərov "Müsəlman birliyi hərəkatı"nın sədri Taleh Bağırzadənin üç körpəsini başsız qoyan şəxsi öldürmüşəm, bundan nümunə götürün. İslamın düşmənlərini öldürün, Azərbaycanda hakimiyyəti islam birliyi ələ almalıdır" deyərək, ölkə əhalisini respublikanın vəzifəli şəxlərinə qarşı silahlı mübarizəyə qalxmağa çağırış etmişdir.

Həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri ilə Yunis Səfərovla birgə cinayətin hazırlanmasında iştirak edən mütəşəkkil cinayətkar dəstənin üzvlərindən daha 3 nəfər tutulmuşdur. Bu cinayətkar dəstənin digər üzvlərinin müəyyən edilib məsuliyyətə cəlb olunması üçün tədbirlər davam etdirilir.

Eyni zamanda bildiririk ki, terror aktlarına, dövlətin konstitusiya quruluşunun zorla dəyişdirilməsinə çağırış edənlərə qarşı qanunla müəyyən edilmiş ən ciddi tədbirlər görüləcəkdir.

Lavrov və Zərifin Vyana görüşünün TƏFƏRRÜATLARI like
  • 06 İyl 15:11  
Digərləri Lavrov və Zərifin Vyana görüşünün TƏFƏRRÜATLARI

Rusiyanın xarici işlər naziri Sergey Lavrov və İranın xarici işlər nazir

arrow Ətraflı
"Əri olaola min oyundan çıxır" like
  • 06 İyl 15:07  
Şou-biznes "Əri olaola min oyundan çıxır"

Tanınmış teleaparıcı Lalə Əlimuxtarova müsahibə verib.

arrow Ətraflı
Qvineyalı futbolçu Azərbaycanı yox, Fransanı seçdi like
  • 06 İyl 15:06  
İdman Qvineyalı futbolçu Azərbaycanı yox, Fransanı seçdi

Rusiyada fəaliyyətini dayandıran Amkar-ın şərəfini qorumuş Seku Kondenin

arrow Ətraflı
“Elmar Vəliyevin güllələnməsi ağır cinayətdir”  Əli Hüseynli like
  • 06 İyl 15:03  
Digərləri “Elmar Vəliyevin güllələnməsi ağır cinayətdir” Əli Hüseynli

"Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə və m

arrow Ətraflı
Ali təhsilli şəxslərin kollecə qəbulu qaydaları dəyişir like
  • 06 İyl 14:49  
Digərləri Ali təhsilli şəxslərin kollecə qəbulu qaydaları dəyişir

Azərbaycanda ali təhsilli şəxslər kollecə müsabiqədən kənar qəbul olu

arrow Ətraflı
Yozef Blatter Rusiyada keçirilən mundialı dəyərləndirdi like
  • 06 İyl 14:48  
İdman Yozef Blatter Rusiyada keçirilən mundialı dəyərləndirdi

FİFA-nın keçmiş prezidenti Yozef Blatter DÇ -2018 -in t

arrow Ətraflı
Ən iri miqyaslı küçə yeməyi festivalı Summer Food Fest baş tutdu! like
  • 06 İyl 14:47  
Digərləri Ən iri miqyaslı küçə yeməyi festivalı Summer Food Fest baş tutdu!

Yay mövsümünün ən qızğın vaxtında, iyunun 15-dən 1 iyula kimi İçəri

arrow Ətraflı
Türkiyə PKKya qarşı əməliyyatı davam etdirir like
  • 06 İyl 14:45  
Dünya Türkiyə PKKya qarşı əməliyyatı davam etdirir

Türkiyədə ordu qüvvələri PKK terror təşkilatına qarşı əməliyyatlar

arrow Ətraflı
Bölgələrin Bilik evlərində təlimlərə yekun vuruldu (FOTO) like
  • 06 İyl 14:42  
Digərləri Bölgələrin Bilik evlərində təlimlərə yekun vuruldu (FOTO)

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu yarandığı ilk g

arrow Ətraflı
Pamukqalada külək turistlərlə dolu hava şarını aparıb - QƏZA like
  • 06 İyl 14:41  
Digərləri Pamukqalada külək turistlərlə dolu hava şarını aparıb - QƏZA

Türkiyənin Dənizçi vilayətinin Pamukqala rayonunda turistlərlə dolu hava

arrow Ətraflı
CinemaPlus “Kəkliotu”dan 4x4 aksiyasına start verir like
  • 06 İyl 14:41  
Digərləri CinemaPlus “Kəkliotu”dan 4x4 aksiyasına start verir

İyulun 5-dən etibarən "CinemaPlus" kinoteatrlar şəbəkəsində &q

arrow Ətraflı
Azərbaycanlı gənc aktrisadan çimərlikdə like
  • 06 İyl 14:40  
Şou-biznes Azərbaycanlı gənc aktrisadan çimərlikdə

Azərbaycanlı gənc aktrisa Rəhimə Qüdrətova çimərlikdə fotosessiya etdi

arrow Ətraflı
Karateçilərimiz Xorvatiyada beynəlxalq turnirin ilk günündə iki medal qazandı (FOTO) like
  • 06 İyl 14:36  
Digərləri Karateçilərimiz Xorvatiyada beynəlxalq turnirin ilk günündə iki medal qazandı (FOTO)

Azərbaycan karateçiləri Xorvatiyanın Umaq şəhərində keçirilən 12-21 ya

arrow Ətraflı
Metroda vaqonun altına düşdü, "Təcili yardım çağırmayın!" like
  • 06 İyl 14:35  
Digərləri Metroda vaqonun altına düşdü, "Təcili yardım çağırmayın!"

Xahiş edirəm, yalvarıram, təcili yardım çağırmayın! Çağırmayın, nə

arrow Ətraflı