"Əri olaola min oyundan çıxır"


Şou-biznes 06 İyl 2018 15:07:00 485 0

"Əri olaola min oyundan çıxır"

Tanınmış teleaparıcı Lalə Əlimuxtarova müsahibə verib.

Son.az yenicag.az-a istinadən gəmin müsahibəni təqdim edir:

- Bir çox məşhurlar bu gün evlənir, sabah boşanır. Səncə, ailəni qorumaq üçün yük daha çox kimin üzərinə düşür-kişi, ya qadının?

- Düzdür, bəzən deyirlər müğənnidən ana olmaz. Ərə gedir, boşanır. İnsanlar min cür şərhlər yazıb, az qala topa tuturlar. Bunları oxuyub çox pis oluram. Mən də ailə qurmuşam və ailə quranda həyat yoldaşım bilirdi ki, aparıcıyam, üzdə olan insanam. İlk növbədə ailədə ərlə-arvad arasında böyük inam olmalıdır. O inam hisi varsa, qalanı boşdur. Bu inamı istər kişi və qadın tərəfindən insan özü qazanmalıdır. Ailə quranda həyat yoldaşım dedi ki, sənə inanıram.

- Geyimlərinə müdaxilə edirmi?

- Müdaxilə etmir. Əgər özümü çöldə qoysam, həyat yoldaşım əlbəttə ki, geyimimə müdaxilə edər.

- Qarderobda dekoltelər, mini ətəklər çoxdur?

- Mən qızlıq vaxtımda belə o tərbiyənin yiyəsi olmamışam. Geyimimə fikir vermişəm. Bəzi müğənnilər vardı, ailə qurublar, sonradan onların açıq-saçıq fotolarını ortaya çıxarıblar.

- Bəzi müğənnilər deyərkən?

- Xuraman Şuşalı, Elnarə Xəlilova. Əslində burada eyib heç nə də yoxdur e, insandır şəkil çəkdiriblər də, burada nə var ki... Yəni məndə elə şəkillər də olmayıb kimsə göstərsin ki, Lalə bədənini bayırda qoyub. Ata evimdə yaşadığım vaxtlardan belə şeylərə pis baxmışam.

- Heç qısqanıb, həyat yoldaşının telefonunu yoxlamısan?

- İnanırsınız, səmimi etiraf edirəm, nə mən onun telefonuna baxıram, nə də o mənim.

- Heçmi qısqanmamısan? Ola bilməz ki, telefonuna baxmayasan...

- Nə gizlədim, yeni ailə qurduğum vaxtlarda bir-iki dəfə xəlvət olub. Sonradan isə bu hal bir də təkrarlanmadı.

- Səbəb?


Xəbərə aid fotolar