Qvineyalı futbolçu Azərbaycanı yox, Fransanı seçdi


İdman 06 İyl 2018 15:06:00 301 0

Qvineyalı futbolçu Azərbaycanı yox, Fransanı seçdi

Rusiyada fəaliyyətini dayandıran Amkar-ın şərəfini qorumuş Seku Kondenin karyerasını Azərbaycanda davam etdirmək variantı olub. Goal.az xəbər verir ki, bunu 25 yaşlı müdafiəçi özü deyib.

Qvineyalı futbolçu Fransanın 2-ci Liqasında çıxış edəcək.O, Chateauroux-la 2 illik müqavilə bağlayıb. Konde bu kluba keçməzdən əvvəl Azərbaycandan da təklif aldığını deyib: “Rusiya, Türkiyə, Qazaxıstan, Azərbaycan və Belçikadan təkliflərim var idi. Qvineyaya gedəndə ailəmlə bunu müzakirə etdim. Həmçinin Fransada yaşayan futbolçu dostlarımla məsləhətləşdikdən sonra burda çıxış etmək qərarına gəldim”.

Konde 2015-ci ildən Qvineya yığmasına çağırılır.