Ən iri miqyaslı küçə yeməyi festivalı Summer Food Fest baş tutdu!


Digərləri 06 İyl 2018 14:47:00 309 0

Ən iri miqyaslı küçə yeməyi festivalı Summer Food Fest baş tutdu!

Yay mövsümünün ən qızğın vaxtında, iyunun 15-dən 1 iyula kimi İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin dəstəyi ilə, Meal For Real kulinar platforması yeni layihə - Bakıda Ən iri miqyaslı küçə yeməyi festivalı Summer Food Fest baş tutdu! 17 gün ərzində şəhərimizin qabaqcıl restoran və kafeləri, dj-lər və canlı musiqi marofonunu 75000-dən çox insan ziyarət edib, onların arasında əksəriyyəti turistlər təşkil edirdi.

Son.az bildirir ki, qastronomik bayram İçəri Şəhərin Qoşa Qala ərazisində keçirildi. Paytaxtımızın 30-a yaxın restoran və kafesi sevdiyiniz yeməklərdən əlavə, tədbirə uyğun xüsusi menyuları təqdim etdilər. Hər gün saat 11:00-dan 23:00-a qədər davam edən festivalda, qurmanlar üçün maraqlı proqram ilə təşkil olundu: müxtəlif viktorinalar, master klaslar, uşaqlar üçün əyləncə, atmosferə uyğun musiqi və ölkənin ən yaxşı DJ şəbəkələrindən ibarət gündəlik marafon, "Indian Night", "Jazz Night", "Voice of Summer Food Fest" və s. tematik gecələr keçirildi.

İnformasiya dəstəyi - Trend.az, Day.az, Son.az, Azernews.az


Xəbərə aid foto