Metroda vaqonun altına düşdü, "Təcili yardım çağırmayın!"


Digərləri 06 İyl 2018 14:35:00 341 1

Metroda vaqonun altına düşdü, "Təcili yardım çağırmayın!"

Xahiş edirəm, yalvarıram, təcili yardım çağırmayın! Çağırmayın, nə olar...

ABŞ-ın Massaçusets ştatındakı Boston həhər metrosunda "Boston's Orange Line" xəttindəki "Massachusetts Avenue" stansiyasında platformada durmuş qadın qəflətən aşağı düşüb.

Son.az Daily Mail-ə istinadən bildirir ki, 45 yaşlı qadın ayağı platforma ilə perrona yaxınlaşmış metro qatarının vaqonu arasında qalmışdı. Platformadakı sərnişinlər dərhal hərəkətə keçərək vaqonu qarşı tərəfə itələyib əyiblər, qadını çıxarıblar.

Sinəsindən və sağ baldırından ağır travma almış qadını "Boston Medical Center"ə yollamaq üçün təcili yardıma zəng vurulanda qadın qışqırmağa, "Təcili yardım çağırmayın!" deməyə başlayıb.

Aldığı travmadan ayaq üstə dura bilməyən qadın yalvarırdı: "Tibbi sığortam natamamdır! Təcili yardım çağırsanız, məndən 3 min dollar alacaqlar! Etməyin!"


Xəbərə aid video


Xəbərə aid fotolar