Yaponiyada çaylar daşdı


Dünya 06 İyl 2018 14:22:00 264 0

Yaponiyada çaylar daşdı

Yaponiyada davam edən leysan yağışı ilə əlaqədar sakinlərə təxliyəyə hazır olmaq göstərişi verilib.

Son.az Trend-ə istinadən xəbər verir ki, güclü yağıntıların səbəb olduğu daşqınlarda azı 3 nəfər həlak olub, itkin düşənlərin olduğu da qeyd edilir.

Ümumilikdə 14 prefekturada 520 minə yaxın sakinin təxliyə barədə göstəriş aldığı deyilir.