Ramazan Abdulatipov: "Xəzər fəlakətin astanasındadır"


Dünya 06 İyl 2018 14:26:00 286 0

Ramazan Abdulatipov: "Xəzər fəlakətin astanasındadır"

Xəzər dənizinin hüquqi statusu dövlət başçılarının yaxın vaxtlarda Astanada keçiriləcək görüşündə razılaşdırıla bilər.

Son.az APA-ya istinadən xəbər veirr ki, bunu Rusiya Federasiyası prezidentinin Xəzər ölkələri ilə əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Ramazan Abdulatipov deyib. O bildirib ki, Xəzərin hüquqi statusu ilə bağlı 5 ölkə ( Azərbaycan, Qazaxıstan, Türkmənistan, Rusiya və İran) arasında artıq 25 ildir müzakirələr gedir və nəhayət, bütün tərəflərin razılığa gələ biləcəyi məqam yetişib: "Tamamilə mümkündür ki, Astanada gözlənilən sammitdə Konvensiyanın imzalanması baş versin".