Ukraynaya aparılmalı olan 260 kq heroin Azərbaycanda ələ keçdi FOTO


Digərləri 06 İyl 2018 14:16:03 336 0

Ukraynaya aparılmalı olan 260 kq heroin Azərbaycanda ələ keçdi  FOTO

Azərbaycan gömrükçüləri külli miqdarda narkotik vasitənin ölkə ərazisindən tranzit keçməklə İran İslam Respublikasından Ukrayna Respublikasına aparılması cəhdinin qarşısını alıblar.

DGK-dan Son.az-a verilən mıəlumata görə, Astara gömrük keçid məntəqəsində, idxal gömrük nəzarəti xəttində Azərbaycan vətəndaşı Ağayev İmamverdi Abusət oğlunun idarə etdiyi "Mercedes-Benz Axor" markalı, 99DM054/99ZA371 nömrəli yük nəqliyyat vasitəsi risk analizləri nəticəsində saxlanılıb, gömrük və sərhəd xidmətinin əməkdaşları ilə birgə avtomobilə baxış keçirilib.

Həmin nəqliyyat vasitəsində olan "Sodium Karbonat" yükünün Azərbaycan Respublikasından tranzit keçməklə İran İslam Respublikasının "Mojtaba Shage Azar" şirkətindən Ukrayna Respublikasının "LLC Lisintra" şirkətinin ünvanına aparılması nəzərdə tutulub.

Nəqliyyat vasitəsi öncə stasionar rentgen qurğusu ilə yoxlanılıb və avtomobilin qoşqusunda olan "Sodium Karbonat" yükünün arasında şübhəli cizgilər müşahidə edilib.


Xəbərə aid fotolar