Yardımlıda baş vermiş meşə yanğını lokallaşdırılıb (FOTO)


Digərləri 06 İyl 2018 14:14:00 228 0

Yardımlıda baş vermiş meşə yanğını lokallaşdırılıb (FOTO)

Masallı Regional Meşə Təsərrüfatı Mərkəzinin Yardımlı rayonu sahəsində baş verən yanğının söndürülməsinə cəlb olunan Ekologiya və Təbii Sərvətlər və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları, yerli icra hakimiyyəti nümayəndələrinin və rayon sakininlərinin fədakarlığı nəticəsində iyulun 06-da yanğın lokallaşdırılıb, eyni zamanda bir neçə ərazilərdə tüstülənmə müşahidə olunur.

Bakı. Samir Əli - Masallı Regional Meşə Təsərrüfatı Mərkəzinin Yardımlı rayonu sahəsində baş verən yanğının söndürülməsinə cəlb olunan Ekologiya və Təbii Sərvətlər və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları, yerli icra hakimiyyəti nümayəndələrinin və rayon sakininlərinin fədakarlığı nəticəsində iyulun 06-da yanğın lokallaşdırılıb, eyni zamanda bir neçə ərazilərdə tüstülənmə müşahidə olunur. Bu barədə Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyindən məlumat verilib.