BQXK: "Dağlıq Qarabağ münaqişəsi nəticəsində yaranan humanitar problemlər aradan qaldırılmalıdır" FOTO


Digərləri 06 İyl 2018 13:37:00 329 0

BQXK: "Dağlıq Qarabağ münaqişəsi nəticəsində yaranan humanitar problemlər aradan qaldırılmalıdır"  FOTO

Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində Müdafiə Nazirliyi və Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycandakı nümayəndəliyi ilə qarşılıqlı əməkdaşlıq çərçivəsində seminar keçirilib.

MN-dan Son.az-a verilən məlumata görə, müxtəlif qoşun növlərindən olan zabit heyətinin iştirak ilə keçirilən tədbirdə çıxış edən BQXK-nın Azərbaycandakı nümayəndəsi İlahə Hüseynova müharibənin getdiyi ölkələrdə əməliyyatlar zamanı davranış qaydaları, beynəlxalq hərbi qanunvericilik və normaları çatdırıb.

O, təşkilatın komponentləri, fəaliyyətləri və rolları barədə danışıb, eyni zamanda neytral, müstəqil və qərəzsiz bir qurum BQXK-nın müstəsna humanitar missiyasının müharibə və digər zorakılıq halları qurbanlarının həyat və ləyaqətlərini qorumaq və onlara yardım göstərməkdən ibarət olduğunu vurğulayıb.


Xəbərə aid fotolar