6 yaşlı uşaqların 1ci sinfə qəbulu ilə bağlı yeni qaydalar bu ildən tətbiq edilir


Digərləri 06 İyl 2018 13:38:00 262 0

6 yaşlı uşaqların 1ci sinfə qəbulu ilə bağlı yeni qaydalar bu ildən tətbiq edilir

Artıq bu ildən ilin hansı ayında anadan olmasından asılı olmayaraq, təqvim ili ərzində 6 yaşı tamam olan uşaqlar ümumtəhsil müəssisələrinin 1-ci sinfinə heç bir müsabiqə tələb olunmadan qəbul oluna biləcəklər.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini Fərzəli Qədirov deyib.

Onun sözlərinə görə, Təhsil Nazirliyinin təşəbbüsü ilə hazırlanan təkliflər əsasında "Təhsil haqqında" qanuna çox əhəmiyyətli dəyişikliklər edilib. Bu dəyişikliklər təhsilin bütün pillə və səviyyələrini əhatə edib. Dəyişikliklərdəki müddəalardan biri hər təqvim ilinin sonunadək 6 yaşı tamam olan uşaqların 1-ci sinfə qəbul edilməsi ilə bağlıdır: "Bu, o demək deyil ki, bu yaşda olan uşaqların hamısı kütləvi şəkildə 1-ci sinfə qəbul olunaqlar. Yalnız valideyn istədikdə bu baş verəcək, yəni uşaq 1-ci sinfə qəbul olunacaq".

F.Qədirov deyib ki, indiyədək 6 yaşı təqvim ilinin sentyabr ayının 15-dək tamam olmayan uşaqların I sinfə qəbulu zamanı müəyyən proseslərin həyata keçirilməsinə tələbat duyulurdu. Bu ildən isə 6 yaşı təqvim ili ərzində tamam olan uşaqların 1-ci sinfə qəbulu valideynin ərizəsi və istəyi əsasında aparılacaq. 6 yaşı tamam olan uşaqların 1-ci sinfə qəbulu ilə bağlı yeni qaydalar artıq bu ildən tətbiq edilir.