"Mingəçevirdəki qəza ilə bağlı təqsirkar şəxslər mütləq məsuliyyətə cəlb olunacaq"


Digərləri 06 İyl 2018 13:20:20 229 0

"Mingəçevirdəki qəza ilə bağlı təqsirkar şəxslər mütləq məsuliyyətə cəlb olunacaq"

Prezident İlham Əliyevin elektrik enerjisi ilə bağlı keçirdiyi sonuncu müşavirə dərin təssüratlar yaratdı.

Son.az xəbər verir ki, bu barədə Trend-ə açıqlamasında millət vəkili Tahir Kərimli deyib.

Onun sözlərinə görə, bu proses ölkə başçısının proseslərə ciddi yanaşmasından xəbər verir: "Cənab prezident məsələyə olduqca ciddi münasibət bəslədi. Mingəçevirdə qəza baş verməsi və nəticədə bütün ölkə ərazisində elektrik enerjisinin kəsilməsi dövlət başçısını ciddi narahat etdi. Bu proses neft sektorunun işində ləngimə yaratdı, xəstəxanalarda xəstələr, metrolarda sərnişinlər həyəcan yaşadı. Bu məsələ o qədər ciddi oldu ki, dövlət başçısı məmurlarla sərt danışdı. Müşavirədə o da üzə çıxdı ki, bu işdə səhlənkarlıqlar da olub".