Azərbaycanda yeni assosiasiya yaradılır


Digərləri 06 İyl 2018 12:50:00 244 0

Azərbaycanda yeni assosiasiya yaradılır

Azərbaycanda Toxumçular Assosiasiyasının yaradılması nəzərdə tutulur.

Kənd Təsərrüfatı Nazirliyindən Son.az-a verilən məlumata görə, artıq özəl toxumçuluğun mövcud problemlərini aradan qaldırmaq istiqamətində fəaliyyətə başlanılıb.

Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidmətinin icra etdiyi "Kənd Təsərrüfatının Rəqabət Qabiliyyətinin Gücləndirilməsi Layihəsi" çərçivəsində toxum sektorunun, o cümlədən özəl toxumçuluğun inkişafı üçün bir sıra tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur. Bu tədbirlər çərçivəsində özəl toxumçuların bilik və bacarıqlarının artırılması, yeni innovativ metodlarla tanış olması, ilkin toxum təmizləmə avandalıqlarının alınmasında maliyyə dəstəyi göstərilməsi planlaşdırılır.


Xəbərə aid fotolar