Səmradan təhlükəli hərəkət


Şou-biznes 06 İyl 2018 12:51:00 246 0

Səmradan təhlükəli hərəkət

"Eurovision" təmsilçilərimizdən olan Səmra Rəhimlinin Ukrayna istirahəti davam edir.

Son.az axşam.az-a istinadən xəbər verir ki, müğənni gəzintidən görüntülərini İnstaqram izləyiciləri ilə bölüşüb. Səmranın ən çox müzakirə edilən videosu isə yüksəklikdən tullanması olub.

Müğənni videosunu ""Unudulmaz hisdir. Hamı soruşur ki, "qorxulu deyil?". Əvvəlcə razılaşmadım, qorxurdum. Sonra isə fikrimi dəyişdim, etməsəm, peşman olacam. İndi sevinirəm ki, tullandım. Hisləri yazmaq olmur" şərhi ilə paylaşıb.