Yeni vəkil qurumu yaradıldı


Digərləri 06 İyl 2018 12:57:17 293 0

Yeni vəkil qurumu yaradıldı

Azərbaycanın regionlarında vətəndaşların yüksək keyfiyyətli hüquqi yardım almaq hüququnun təmin edilməsi, hüquqi yardıma çatımlılığın həyata keçirilməsi, o cümlədən insan hüquq və azadlıqlarının müdafiəsi məqsədi ilə ölkənin şəhər və rayonlarında fəaliyyət göstərən vəkil qurumlarının maddi-texniki təminatının yaxşılaşdırılması, eləcə də yeni vəkil qurumlarının təsis edilməsi istiqamətində bir sıra tədbirlər görülür.

Son.az xəbər verir ki, Vəkillər Kollegiyasından (VK) report-a verilən məlumata görə, ötən aylar ərzində Bakı və Xırdalan şəhərlərində 4 yeni vəkil qurumu - Bakı şəhəri 18 saylı Vəkil Bürosu, "BHM və partnyorları" vəkil bürosu, "Ədalət" vəkil bürosu və Xırdalan şəhər Vəkil Bürosu fəaliyyətə başlayıb, eləcə də fəaliyyət göstərməkdə olan 13 vəkil qurumunun nizamnaməsinndə müvafiq dəyişikliklər edilərək "hüquq məsələhətxanası" adı "vəkil bürosu" adı ilə əvəz olunub.

Bu tədbirlərin davamı olaraq, Mingəçevir şəhəri və Ağcabədi rayonunda yeni vəkil qurumları fəaliyyətə başlayıb. Qeyd olunan vəkil qurumları artıq tam həcmdə və yüksək keyfiyyətli hüquqi yardım göstərmək üçün həmin regionlarda yaşayan vətəndaşlarımızın xidmətinə verilib.