Mingəçevirli qadın Bakıda əcnəbinin qonağı oldu,


Kriminal 06 İyl 2018 12:37:00 250 0

Mingəçevirli qadın Bakıda əcnəbinin qonağı oldu,

Oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb.

DİN-dən Son.az-a verilən məlumata görə, Bakının Nəsimi RPİ-nin 20-ci Polis Bölməsinə müraciət edən əcnəbi vətəndaş yaşadığı mənzildə çantasından 670 ABŞ dollarının oğurlandığını bildirib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən qadın müəyyən edilərək saxlanılıb. Araşdırmalarla onun Mingəçevir şəhər sakini Z.Əliyeva olduğu məlum olub.