Braziliyalı futbolçu üçün mundial erkən bitdi


İdman 06 İyl 2018 12:25:00 288 0

Braziliyalı futbolçu üçün mundial erkən bitdi

Braziliya millisinin futbolçusu Danilo üçün DÇ-2018 erkən başa çatıb.

Goal.az-ın Braziliya Futbol Federasiyasının rəsmi "Tvitter" səhifəsinə istinadən yaydığı xəbərə görə, buna səbəb 26 yaşlı müdafiəçinin məşq zamanı topuğundan zədələnməsidir. 1/4 finalda Belçika ilə görüşü buraxacaq Danilo komandası finala qədər qalacağı təqdirdə belə, oyunlarda iştirak etməyəcək.  Danilo millidən yarışın sonuna kimi komanda ilə qalmağı xahiş edib.

Qeyd edək ki, Danilo DÇ-2018-də cəmi bir oyuna çıxıb. O, İsveçrə ilə görüşdə (1:1) 90 dəqiqə meydanda olub.