Dəhşətli qəza qadının həyatına son qoydu:


Digərləri 06 İyl 2018 12:15:00 284 0

Dəhşətli qəza qadının həyatına son qoydu:

Bakı-Qazax yolunun Goranboy rayonunun Azad kəndi ərazisindən keçən hissəsində qəza qeydə alınıb. 

Son.az ARB TV-yə istinadən xəbər verir ki, "Suzuki" və "VAZ-21011" markalı avtomobillərin toqquşması nəticəsində qadın sərnişin dünyasını dəyişib.  Xəsarət alan 21 yaşlı Əlikram Sadıqov, Gürcüstan vətəndaşları - 51 yaşlı Samir Talıbov və 28 yaşlı Rauf Talıbov Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasının Travmatologiya şöbəsinə aparılıblar. Vəziyyətləri orta-ağır qiymətləndirilir. Faktla bağlı araşdırma aparılır.

Videonu izləmək üçün şəklə klikləyin:


Xəbərə aid fotolar