Meksikada zavodda faciə:


Digərləri 06 İyl 2018 12:17:07 268 0

Meksikada zavodda faciə:

Meksikanın paytaxtı Mexikonun yaxınlığındakı Tultepek şəhərində feyerverk fabrikində baş vermiş iki partlayışda ölənlərin sayı 19-a çatıb. Partlayışlarda 40 nəfər yaralanıb.

Son.az El Mundo-ya istinadən bildirir ki, həlak olanlar arasında 4 yanğınsöndürən və 2 polis zabiti var.

Tultepek Meksikada pirotexnikanın əsas istehsal mərkəzlərindən biri sayılır. İstehsalın əksəriyyəti qanunsuzdur. 2016-cı ildə şəhərdəki San Pablito bazarında feyerverk partlayışında 42 nəfər həlak olmuşdu.