Azərbaycanda Toxumçuluq Assosiasiyası yaradılacaq


İqtisadiyyat 06 İyl 2018 12:03:45 366 0

Azərbaycanda Toxumçuluq Assosiasiyası yaradılacaq

Kənd Təsərrüfatı Nazirliyi toxumçuluq sahəsində problemləri aradan qaldırmaq üçün fəaliyyətə başlayıb

Kənd Təsərrüfatı Nazirliyi (KTN)özəl toxumçulara texnika və avadanlıqlar alınmasında yardım göstərəcək.

KTN-dən "Report"a daxil olan məlumatda deyilir ki, bu istiqamətdə Azərbaycanda Toxumçular Assosiasiyasının yaradılması nəzərdə tutulur.

Nazirlik artıq özəl toxumçuluğun mövcud problemlərini aradan qaldırmaq istiqamətində fəaliyyətə başlayıb.

Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidmətinin icra etdiyi “Kənd Təsərrüfatının Rəqabət Qabiliyyətinin Gücləndirilməsi Layihəsi” çərçivəsində toxum sektorunun, o cümlədən özəl toxumçuluğun inkişafı üçün bir sıra tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur. Bu tədbirlər çərçivəsində özəl toxumçuların bilik və bacarıqlarının artırılması, yeni innovativ metodlarla tanış olması, ilkin toxum təmizləmə avandalıqlarının alınmasında maliyyə dəstəyi göstərilməsi planlaşdırılır.

Artıq regionlarda özəl toxumçuların texnika və avadanlıqlara olan ehtiyaclarının müəyyənləşdirilməsinə, özəl toxumçuluğun inkişaf etdirilməsində mövcud problemlərin müzakirəsinə başlanıb. Bu məqsədlə Dövlət Xidmətinin və Layihənin, eləcə də Dövlət Toxum Fondunun, Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin əməkdaşları Bərdə, Qəbələ və Quba rayonlarında fermerlər və toxumçularla görüşlər keçiriblər.