Zaqatalada 2 tondan artıq çətənə kolları məhv edilib


Digərləri 06 İyl 2018 11:42:00 203 0

Zaqatalada 2 tondan artıq çətənə kolları məhv edilib

Zaqatalada 2 tondan artıq çətənə kolları məhv edilib

Bakı. Daxili işlər orqanları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkar edilməsi istiqamətində tədbirlər qətiyyətlə davam etdirilir. DİN-dən Trend-ə verilən məlumata görə, iyulun 5-də həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Astara Rayon Polis Şöbəsinin əməkdaşları Məçitməhəllə kənd sakini Hicran Əliyevin həyətyanı sahəsindən kultivasiya yolu ilə yetişdirilmiş 32 ədəd çətənə kolu, həyətindəki yarımtikilidən isə çəkisi 4 kiloqram 330 qram marixuana, Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşları Həşimxanlı kəndi ərazisində kənd sakini V.Xancanovun kultivasiya yolu ilə yetişdirdiyi 91 ədəd çətənə kolu aşkar edərək götürüblər.