Enerjiyə qənaətin 8 qızıl qaydası


Digərləri 06 İyl 2018 11:21:00 253 0

Enerjiyə qənaətin 8 qızıl qaydası

Amerika Milli Elektrik Şəbəkəsi bu həftə həddindən artıq istilik və rütubətin gətirib çıxardığı yüksək enerji tələbi səbəbiylə Nyu-Yorkda yaşayan istehlakçılardan həftənin qalan hissəsində normadan artıq elektrik istehlakının azaldılmasını xahiş edib.

Bakı. Amerika Milli Elektrik Şəbəkəsi bu həftə həddindən artıq istilik və rütubətin gətirib çıxardığı yüksək enerji tələbi səbəbiylə Nyu-Yorkda yaşayan istehlakçılardan həftənin qalan hissəsində normadan artıq elektrik istehlakının azaldılmasını xahiş edib. Trend-in məlumatına görə, Milli Elektrik Şəbəkəsi bazar ertəsi günün ikinci yarısı sözügedın ərazidə elektrik enerjisi təchizatının kifayət qədər olduğunu bildirib, lakin yüksək tələbatın və istiliyin regional şəbəkələrdə çətinlik yarada biləcəyini açıqlayıb. Kommunal xidmət rəsmisinin verdiyi məlumata görə, bazar ertəsi şimali Nyu-York 7,039 meqavat enerji istifadəsi ilə bu ilin ən yüksək həddinə çatdı ki, bu da müşahidə etdiyimiz istilik səviyyəsi üçün standart hesab olunur. 7, 380 meqavatlıq rekord hədd 17 iyul 2013-cu ildə qeydə alınıb. Milli Elektrik Şəbəkəsi kommunal avadanlıqlardan istifadəyə tələbatın azaldılmasına və sistemin etibarlılığını təmin etməyə kömək göstərmək üçün bir neçə sadə istehlakçı davranışlarını tövsiyə edir. Bu tədbirlər enerji istehlakında böyük əhəmiyyət kəsb edə bilər və bu, enerji fakturanızı daha yaxşı idarə etməyinizə kömək edə bilər. 1. Günəşin evinizi çox isti etməsinin qarşısını almaq üçün jalüzləri, kölgəlikləri və qalın pərdələri çəkin. 2. Kondisioner parametrlərini bir az artırın, filtrləri dəyişdirin, sərinkeşlərdən istifadə edin - kondisionerinizin temperaturu nə qədər aşağı olsa, xərci də bir o qədər çox olar. Məsələn, 75 dərəcəlik bir tənzimləmə 78 dərəcəlik tənzimləmədən təxminən 18 faiz çoxdur. Rahatlığın imkan verdiyi qədər termostatı yüksək dərəcəyə qoyun. Bundan əlavə, havalandırma qurğusunu yoxlayın və zəruri hallarda onu əvəz edin və ya ehtiyac yaranarsa təmizləyin. Kondisioner əvəzinə sərinkeşlərdən istifadə edilməsi də enerji istifadəsini azaldır.